REAL partiyasının sədri İlqar Məmmədov mətbuat konfransı keçirib

0
677

ReAl partiyasının sədri İlqar Məmmədov sentyabrın 4-də partiyanın ofisində KİV nümayəndələriylə mətbuat konfransı keçirib.

AnTv-nin xəbərinə görə,mətbuat konfransı 3 hissədən ibarət olub. İ. Məmmədov bildirib ki, bu gün o,medianın fəaliyyəti sayəsində azadlıqdadır: “Medianı xüsusi salamlayıram. Çünki medianın mənə olan xüsusi diqqətinə görə, bəlkə də mən bu gün azadlıqdayam. Ona görə də mətbuat nümayəndələrinə təşşəkkür edirəm. Medianın mənə göstərdiyi diqqət ictimai rəyin formalaşdırılmasında böyük rol oynamışdır”- deyən REAL sədri onun hüquqlarını müdafiə edən vəkillərə və hüquqşünaslara, eləcə də hüquq müdafiəçilərinə də minnətdarlığını ifadə edib.

Həbs olunma səbələrindən danışan İ.Məmmədov bildirib ki, məhkumluq müddətində 8 həbsxana və təcridxanada saxlanılıb. O bildirib ki,həbsinin səbəbi onun siyasətdən getməməsi olub: “Mənim həbsim əvvəlcə qanunsuz idi, sonra isə şiddətliydi. Məndən istənilən siyasətdən getməyim idi. 2013-cü ildə keçiriləcək prezident seçkilərinə qatılacağımı bəyan edəndən sonra məndən istənilən bu idi. Seçkilərə qatılmayım. Mənim həbsimdə birbaşa rol oynayan 19 hakim bilə-bilə qərəzli məhkəmə qərarı verib. Bu cinayətdir. Onlarla bağlı 2015-ci ildə baş prokurorluğa müraciət edilib. Mən bu işin dalınca gedəcəm. Çünki onlar mənə qarşı qərəzli qərar veriblər”-, deyə o bildirib.

AnTv-nin sualını cavablandıran İ.Məmmədov bildirib ki, ona 5 il yarım ərzində ən müxtəlif formada təkliflər də gəlirdi, təzyiqlər də edilirdi: “Bəzən sərt, bəzən xoş söhbətlər də olurdu. Amma xeyri yox idi ee… Mən haqlıyam və qalib idim”

Mətbuat konfransının ikinci hissəsində İ. Məmmədov Azərbaycan iqtisadiyyatıyla bağlı müqayisəli analizlərini şərh edib.

Azərbaycanın siyasi gündəmini şərh edən İ.Məmmədov Dağlıq Qarabağ problemiylə bağlı da münasibət bildirib. Onun sözlərinə görə,bu məsələylə bağlı iqtidara müxtəlif ideya və təkliflər olunsa da rədd edilib.
Novbədənkənar parlament seçkilərinin keçirilməsinin tərəfdarı olduğunu dilə gətirən İ.Məmmədov qeyd edib ki, saxta seçkilər təkrarlanarsa, bu məqbul hesab edilməyəcək.
Hakimiyyətə gəlməkdə iddialı olduğunu bildirən İ.Məmmədov aksiya və mitinqlərin yeni formada həyata keçiriləcəyini də vurğulayıb.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin