“İlham Əliyevi tənqid etməyə cəsarəti olmayanlar müxalifət olduqlarını iddia edirlər…”-Ağasif Şakiroğlu ilə geniş müsahibə

0
109
Ağasif Şakiroğlu

“Mən satılmadığım üçün 10 il öncə böhtanla üzləşərək həbs olundum. Satılsaydım o vaxt satılardım, indi yox”

AnTV.az xəbər verir ki, Azərbaycan Xalq Hərəkatının qurucularından olan, Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu Kanal13-ə verdiyi müsahibədə bir çox vacib məsələlərə və gündəm mövzularına toxunub. İlk öncə AXH ətrafında baş verənlərdən söhbət açan gənc partiya sədri bildirib ki, AXH-də parçalanma daxildən deyil xaricdən başlayıb:

“Hələ İsgəndər Həmidovun sağlıq durumu qaydasında olanda Azərbaycan Xalq Hərəkatından ayrılanlar olmuşdu. Onlar ilk öncə 6 nəfər olaraq qrup halında fəaliyyət göstərdilər. Həmin dönəmdə AXH İH 27 nəfərdən ibarət idi. Onlardan 26-sının səsvermə hüququ olsa da, 1 nəfər xaricdə yaşadığı üçün (Qurban Məmmədov) səsvermə hüququndan məhrum edilmişdi. O 6 nəfər aprel ayında hərəkatı tərk etdi. 

İH üzvləri Əli Əliyev, Tural Abbaslı, Mirmahmud Mirəlioğlu, Əhməd Oruc, Mətləb Mütəllimli, Rəhim Qzıyev İsgəndər Həmidov xəstələnməzdən öncə ayrılıb özlərinə ikinci AXH yaratmışdılar. 

Parçalanma isə AXH-nin daxilində deyil, AXH-dən kənarda baş verib. Həmin bu 6 nəfər hələ özləri pz aralarında qərar verməyiblər ki, seçkilərə getsinlər ya boykot etsinlər.”

Daha sonra Ağasif Şakiroğlu AXH-dən qovulanların onun haqqında böhtan atmasından, AXH-dən ifşa olunaraq qovulan Rza Səfərsoyun onun haqqında danışdığı böhtanlara cavab verərək bildirib ki, Rza Səfərsoyun onun haqqında yaydığı böhtandan başqa bir şey deyil.

“Danışırlar ki,guya Ağasif Şakiroğlu hökümətdən 30.000 dollar pul alır və İsgəndər Həmidovu şantaj edərək AXH-ni əlində saxlayır. Ağasif Şakiroğlu kimdi ki, İsgəndər Həmidovu şantaj etsin? İsgəndər Həmidovu şantajla, təhdidlə danışmaq mümkün olsaydı elə 1995-ci ildə Heydər Əliyevin şantajları, təhdidləri qarşısında baş əyərdi və qarşısına qoyulmuş şərtləri qəbul edərdi.  Mənim satılmağıma qalanda isə mən satılsaydım 10 il öncə satılardım, indi yox. O vaxt mənə təkliflər gəldi və qəbul etmədim. Buna görə isə həbs olundum və böhtanla qarşılaşdım. Mənim boynuma “hərbi xidmətdən yayınma” böhtanı atdılar və mən sübut etdim ki, bu barəmdə atılan oyundan başqa bir şey deyil. Satılan idimsə o vaxt satılardım. Hakimiyyət xasiyyətimə bələd olduğu üçün mənə heç bir təklif edilmir.”

Partiya sədri AnTV kanalının ona aid olması haqqında gəzən şaiələrə də cavab verib:

GAP sədri Ağasif Şakiroğlu

“AnTV Ağasif Şakiroğluna məxsus deyil. Kanalın kimə aid olduğunu bilmək üçün kanala aid olan saytın domeninə baxaraq istənilən adam yoxlaya bilər. AnTV kanalı və AnTV.az saytını Ağasif Şakiroğluna bağlayan 2 səbəb var. Birinci səbəbi kanalın və saytın bir müddət rəhbəri olduğum partiyanın qərargahında fəaliyyət göstərməsi olub. Bu o demək deyil ki, bizim qərargahda fəaliyyət göstərməyə yer verdiyimiz kanal bizimdir. 

İkinci bağlılığı isə bundan ibarətdir ki, mənim səlahiyyətli nümayəndəm Aslan Həmidli həmin saytda rəhbər olaraq çalışır. Partiyamın digər bir üzvü, Yasamal rayon təşkilatının sədri Nurlan Cəfəri isə kanalın siravi müxbir üzvü kimi çalışır. Bu televiziyanın bizə bağlayan tərəfi yalnız bundan ibarətdir.”

GAP sədrinin Kanal13-ə verdiyi geniş müsahibənin tam versiyasını sizlərə təqdim edirik:

 

Nurlan Cəfəri

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin