İlham Əliyev yeni icra başçısı təyin etdi

0
239

Elşən Rövşən oğlu Salahov Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

AnTV.az xəbər verir ki, bu barədə müvafiq sərəncamı fevralın 5-də prezident İlham Əliyev imzalayıb.

Xatırladaq ki, ötən ilin dekabrın 28-də Gülağa Bayram oğlu İslamov Xəzər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdi.

Yeni təyin olunan icra başçısı – Elşən Salahov Xəzər rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri vəzifəsində, daha sonra, 2018-ci ilin sentyabr ayından Xəzər rayon icra başçısının birinci müavini vəzifəsində çalışıb.

Elşən Salahov

Nurlan Cəfəri

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin