İlham Əliyev son 1 ildə nə işlər görüb? – AÇIQLAMA – ÖZƏL

0
160

11 aprel 2018-ci ildə baş tutmuş prezident seçkilərindən 1 il ötür.

AnTV.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının açıqladığı nəticəyə görə, İlham Əliyev 11 aprel 2018-ci ildə 3 397 664 seçici sayı ilə növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.

İlham Əliyevin növbəti dəfə prezident seçilməsindən 1 il ötür. Siyasilər son 1 il ərzində ölkə başçısının fəaliyyətini necə dəyərləndirir?

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev AnTV.az-a açıqlamasında “İlham Əliyevin son 1 ildəki fəaliyyəti əvvəlki illərlə müqayisədə elə fərqli deyil.  Son dönəmlər ölkədəki siyasi proseslərə görə bir sıra addımlar atıb amma bunu da islahat adlandırmaq olmaz. Hesab edirəm ki, islahatların olması üçün ölkədə ciddi dəyişikliklər lazımdır” – deyə qeyd etdi.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev

AnTV.az-a açıqlamasında Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu son 1 ili Azərbaycan xalqının həyatından oğurlanmış növbəti 1 il kimi qiymətləndirib.

Ağasif Şakiroğlu “Hakimiyyətin son 1 ildə atdığı addımları cəmiyyətə islahat kimi sırımağa çalışsalar da, bu belə deyil. Azərbaycanda ciddi islahatlar getməlidir. Lakin İlham Əliyevin hazırki ətrafı ilə heç bir islahatdan söz gedə bilməz. Aydındır ki, hakimiyyət daxilindən məlum islahatlara mane yaradan köhnəlmiş düşüncə tərzinə malik qüvvələr mövcuddur. Bu səbəbdən də nəinki ötən bir il, deyərdim ki, yaşadığımız son 26 il Azərbaycan xalqının ömründən oğurlanmış illərdir” – deyə bildirdi.

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu

 

Fərid İmran

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin