‘İkram Rəhimov reketliklə məşğul olub” – RƏSMİ MƏLUMAT

0
30

Dövlət Təhlükəsizlik Xidməti (DTX) “realliq.info” saytının redaktoru İkram Rəhimovun saxlanıldığını təsdiqləyib.

AnTv.az-ın xəbərinə görə, DTX-nin yaydığı məlumatda deyilir ki, İkram Rəhimov CM-in 182.2.1 və 182.2.2-ci (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən şantaj) maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində şübhəli şəxs kimi saxlanılıb.

DTX-nin məlumatına görə, İkram Rəhimov reketliklə məşğul olub, vətəndaşlardan və sahibkarlardan onlar haqqında rüsvayedici və böhtan xarakterli məlumat dərc etməmək üçün pul tələb edib.

Qeyd edək ki, DTX iddia edir ki, əməliyyat tədbirləri nəticəsində Rəhimovun və onunla əlaqəli şəxslərin törətdiyi bir sıra cinayət əməlləri müəyyən edilib.

Xatırladaq ki, İ.Rəhimov oktyabrın 26-da mülki geyimli bir qrup şəxs tərəfindən saxlanılıb.

Gülnaz Qənbərli

AnTv.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin