İkram Rəhimov Dövlət Təhlükəsizlik Xidmətinin  əməkdaşları tərəfindən saxlanılıb

0
107

İkram Rəhimov Dövlət Təhlükəsizlik Xidmətinin (DTX)  əməkdaşları tərəfindən saxlanılıb. AnTv.az-ın xəbərinə görə, bu haqda vəkil Elçin Sadıqov  sosial şəbəkədəki səhifəsində  məlumat yayıb:

“Dövlət Təhlükəsizlik Xidmətindən zəng etmişdilər. Jurnalist İkram Rəhimovun saxlanıldığını və onun vəkil olaraq məni tələb etdiyini bildirdilər. Təəssüf ki, Bakıda deyildim. Növbəti həftənin 1-ci günü İkram Rəhimovla görüşəcəm”.

Qeyd edək ki,  “Realliq.info” portalının baş redaktoru İkram Rəhimovun oktyabrın 26-da axşam saatlarında “Turan”İA-nın qarşısında mülki geyimli şəxslər tərəfindən saxlanıldığı və naməlum istiqamətə aparıldığı bildirilib. “Turan” İA-nin direktoru Mehman Əliyev faktı təsiqləyib.

Xatırladaq ki, “Realliq.info”  saytının baş redaktoru İkram Rafiqoğlu Rəhimov 2016-cı ilin noyabrında Sumqayıt şəhər məhkəməsinin qərarı ilə CM-nin 147.2-ci maddəsinə əsasən 1 il azadlıqdan məhrum edilmişdi. O, 2017-ci ilin martında azad olunub.

Gülnaz Qənbərli

AnTv.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin