İcra başçısı toya hazırlaşan ailənin evini sökdürdü – Cehizlər yarasız hala düşdü

0
49

Abşeronun icra başçısı İradə Gülməmmədova rayon əhalisinə qarşı qoçuluq etməklə ad çıxardıb.

AnTV.az xəbər verir ki, sözügedən icra başçısı qanunsuz olaraq evi ailənin başına uçurdub.

Bu barədə İlkin Pirəli sosial şəbəkədə məlumat verib.

Aprelində 13-də toy eləməyə hazırlaşan ailənin “sənədsiz ev” bəhanəsi ilə  evini uçurdublar, yerlə-yeksan ediblər.

Qeyd edilir ki, 1999-cu ildən bu evdə yaşayan ailənin toy üçün aldığı cehizlər yararsız hala düşüb.

Ailənin bildirdiyinə görə evin sökülməsi üçün heç bir məhkəmə qərarı yoxdur. Məlumat üçün bildirək ki, məhkəmə qərarı olmadığı halda icra başçısının evi sökmək haqqında qərar verməyi qanunla qadağandır.

 

Nurlan Cəfəri

AnTV.az

 

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin