İcra başçısı dəm qazından zəhərlənibmiş – Ekspertiza təyin edildi

0
14
????????????????????????????????????
Naftalan rayon İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimovun ölüm səbəbinin müəyyən edilməsi üçün ekspertiza təyin edilib.
AnTV.az xəbər verir ki, Bakı Şəhər Prokurorluğundan verilən məlumata görə, R.İbrahimovun fevralın 24-də yaşadığı mənzildə vəfat etməsi faktı ilə bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq; ölümə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Müvafiq ekspertiza təyin olunub.
Ölümün səbəbinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, ilkin məlumatda icra başçısının ürəktutmadan vəfat etdiyi qeyd olunurdu.
AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin