İcazəsiz balıq ovlayan şəxs saxlanılıb

0
21

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Baş Mil-Muğan Kollektorun Saatlı rayonu ərazisindən keçən hissəsində icazəsiz balıq ovlayan şəxs saxlanılıb.

AnTv.az-a nazirlikdən verilən məlumata görə, araşdırma zamanı brakonyerin Saatlı rayon sakini Xəyal Behbudov olduğu müəyyən edilib. Ondan müxtəlif növ balıqlar və ov aləti götürülüb. Balıq ehtiyatına vurulan ziyan hesablanaraq təqsirkar barəsində 649 manat məbləğində iddia qaldırılıb.

Dəyən ziyan cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.

Gülnaz Qənbərli

AnTv.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin