Hüquqşünas : “Polisin bu addımı qanunsuzdur” – AÇIQLAMA – ÖZƏL

0
129

Müşfiqabad Cümə məscidinə övladları ilə namaza gedənlərin uşaqları məscidə buraxılmayıb.

AnTV.az xəbər verir ki, bu barədə kütləvi informasiya vasitələrinə məscidə cümə namazına gedənlər məlumat verib.

Cümə namazına gedənlərin bir neçəsi övlarlarını da özləri ilə məscidə aparıblar.

Polis bizə bildirdi ki, 18 yaşına çatmayan uşaqların məscidə girməsi qadağandır. Nə qədər təkid etsək də, polis uşaqları məscidə buraxmadı. Məscidə girə bilməyən uşaqlar valideynlərini məscidin həyətində gözləməyə məcbur oldu” – deyə müraciət edənlər qeyd ediblər.

Valideynlər bildiriblər ki, belə halla ilk dəfədir rastlaşırlar.

Hüquqşünas Ellada Bayramova AnTV.az-a açıqlamasında “Azərbaycandakı məscidlər dövlət qeydiyyatından keçir və 18 yaşınadək uşağa məsuliyyəti valideyni daşıyır. Uşağın valideyni ilə məscidə getməsi heç bir qanunvericiliyə zidd deyil və polisin bu addımı birbaşa olaraq qanunsuzdur” – deyə qeyd etdi.

 

Fərid İmran

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin