“Heydər Əliyevin çörəyi burnundan gəlsin!” — İcra başçısı Əli İnsanovu təhqir etdi

0
202

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev sabiq səhiyyə naziri Əli İnsanovla yaxınlıq münasibətlərinin olması barədə yayılan xəbərlərə münasibət bildirib. 

AnTV.az xəbər verir ki, icra başçısı -a açıqlamasında bu cür məlumatların tamamilə yalan və uydurma olduğunu söyləyib:

Mən həyatım boyu Əli İnsanovla görüşməmişəm. Görünür ki, haqqımda bu cür yazıları kimsə qəsdən hazırlayıb. Heç Əli İnsanov vəzifədə olan zaman belə mən onu tanımamışam. Mən dövlət adamıyam. Digər tərəfdən isə mən birmənalı şəkildə Heydər Əliyevçiyəm. Hər zaman ulu öndər Heydər Əliyevin siyasətini dəstəkləmişəm. Bundan sonra da belə davam edəcəm. Allah cənab Prezidentimizi qorusun. Mən yayılan bu xəbərləri uydurma hesab edirəm”.

Vidadi İsayev Əli İnsanova nifrət etdiyini deyib:

Mən bu cür xəyanətkar və yaramaz adamlara həyatım boyu nifrət etmişəm. Çünki Əli İnsanov dövlətin və ulu öndər Heydər Əliyevin çörəyini yeyib, sonra ona qarşı çıxıb. Həmin çörək onun burnundan gəlsin!“.

Xatırladaq ki, “cumhuriyyet.az” saytı Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin bayram günlərində keçirilən bir məclisdə “Əli müəllim ağsaqqalımızdır, böyük şəxsiyyətdir. Biz (qərbi azərbaycanlılar nəzərdə tutulub – sayt) hər zaman dövlətçiliyə sadiq olmuşuq, xırda incikliklər də aradan qalxacaq. Biz birliyimizi qorumalıyıq” kimi fikirlər bildirdiyini yazıb.

Onu da bildirək ki, Vidadi İsayev Qərbi Azərbaycanın (indiki Ermənistanın) Dərələyəz mahalında anadan olub. Tarix elmlər doktoru, yazıçı-publisist kimi tanınan Vidadi İsayev elmi yaradıcılığında bu bölgəyə xüsusi diqqət ayırıb.

Vidadi İsayev rayon camaatı tərəfindən az şikayət edilən icra başçısı kimi tanınır.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin