Sosial

”Harada görsənib ki, açıq havada virus yayılsın, qapalı havada yayılmasın?" 

 

“Açıq havada maska taxmaq sağlamlıq üçün ziyandır”

AnTv.az xəbər verir ki, bu sözləri Gələcək Azərbaycan Partiyası sədrinin səlahiyyətli nümayəndəsi Aslan Həmidli deyib.

“Harada görsənib ki, açıq havada virus yayılsın, qapalı havada yayılmasın? 

Açıq havada maska taxdıran TƏBİB restoranda maska çıxartdırır. Bu hansı məntiqdir axı? Heç bir həkimdə buna etiraz etmir. Niyə susursunuz cənablar?!

Siz bunların məntiqinə fikir verin. Restoranda qapalı məkandır, 1 metrdən virus yayılmır parkda açıq havada 3 metr məsafədən virus kütləvi "surətdə" yayılırmış. Nazirlər Kabineti Yanında Operativ Qərargah insanları ələ salmaqdan başqa heç bir iş görmür. #nəfəsalaq”