Hamilə qadın özünü öldürmək istədi – Qaxda dəhşətli hadisə

0
58

Qax rayonunun Turaclı kəndində hamilə qadın özünə xəsarət yetirib.

AnTV.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, gecə saatlarında A.Vəliyeva bədəninin müxtəlif nahiyələrini yaralayıb.

Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılan qadına baş və sifətin cırılmış-kəsilməş yaraları diaqnozu qoyulub. Hal-hazırda reanimasiya şöbəsində olan xəstə koma vəziyyətindədir.

Anası bildirib ki, A.Vəliyeva ailəsi dağıldığı üçün özünü öldürmək istəyib: “Ötən ilin noyabr ayında ailə qurub, 4-5 gün olar ki, ailəsindən ayrılıb atası evinə gəlib”.

Faktla bağlı araşdırma aparılır.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin