Hakimiyyətə qarşı Avropadan təbliğat aparan müxalifətçi jurnalist oğurlandı

0
8

İnqilab Keşikçiləri Korpusunun agentləri Fransada fəaliyyət göstərən və sosial şəbəkələrdə populyar antihökumət kanalına rəhbərlik edən aparıcı müxalifətçini oğurlayıb və İrana aparıb. Virtualaz.org xəbər verir ki, bu haqda İranın dövlət televiziyası bildirir.

AnTV.az xəbər verir ki, öz fəaliyyətini Fransada və digər Avropa ölkələrində quran, 1 milyondan çox abunəçisi olan populyar “Amadnews” adlı Telegram-kanalına rəhbərlik edən jurnalist Ruhulla Zam “mürəkkəb əməliyyatın nəticəsində” oğurlanıb. Əməliyyatda aldadıcı kəşfiyyat fəndi tətbiq olunub. İnqilab Keşikçiləri Korpusu əməliyyatın hansı ölkədə keçirildiyini açıqlamır.

Lakin o bildirilir ki, Ruhulla Zam Fransa kəşfiyyat xidmətlərinin rəhbərliyi, ABŞ və İsrail xüsusi xidmət orqanlarının mühafizəsi altında olsa da İnqilab Keşikçiləri Korpusunun qurduğu tələyə düşüb.

“Telegram” sosial şəbəkəsində fəaliyyət göstərən “Amadnews” kanalı ötən il İranın şikayətindən sonra bağlanmışdı. İran kanalı ölkədəki küçə etirazları zamanı zorakılığıa çağırışlar yaymaqda ittiham edirdi. Lakin tezliklə kanal yeni adla fəaliyyətə başlayıb.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin