Hafiz Hacıyev o şəxslə görüşəcək – ÖZƏL

0
125

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə məşhur sualın müəllifi görüşəcək.

 

AnTV.az xəbər verir ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev onu “Yeni Müsavat”ın canlı yayımında ayaqqabısını çıxartmağa məcbur edən sualın müəllifi ilə sabah görüşəcək.

Hafiz Hacıyev AnTV.az-a açıqlamasında bildirib: “Həmin gəncə onu demək istəyirəm ki, özü yağ-bal içində yaşayan adamdır. Mənim həmin verlişdən sonra dost, tərəfdarlarım 10-15 cüt ayaqqabı alıb gətirib. Mən, millətimə, xalqıma öz minnətdarlığımı bildirirəm!

AnTV.az-ın “Ola bilərmi ki, o şəxs sizə dəstək məqsədilə bu sualı verib?” sualına isə : O gənclə görüşmək istəyirəm. Əgər, o gənc məni düşünüb, mənə dəstək olmaq məqsədilə bu sualı ünvanlayıbsa, o gəncə təşəkkürümü bildirirəm! Eyni zamanda, həmin gəncə ayaqqabılardan bir neçəsini hədiyyə edəcəm. – deyə cavab verib.

Qeyd edək ki, bir neçə gün bundan öncə “Yeni Müsavat”ın canlı yayımı zamanı Hafiz Hacıyevə ünvanlanan suala cavab olaraq, ayaqqabısını çıxarıb, necə maddi çətinlik içərisində yaşadığını bildirib.

 

Fərid İmran

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin