Hacı Zeynalovun evi qarət edilib

0
50

Teleqraf.com saytının əməkdaşı Hacı Zeynalovun evi qarət edilib.

AnTV.az-ın xəbərinə görə, jurnalistin Abşeron rayonunun Saray qəsəbəsindəki fərdi evindən “Grundig” markalı televizor, ətçəkən maşın, pul və rəsmi sənədlər oğurlanıb.

Ümumilikdə jurnalistə 1425 manat ziyan dəyib. Oğurluqla bağlı H.Zeynalov Daxili İşlər Nazirliyinin “102 zəng” xidmətinə məlumat verib. Hadisə yerinə Abşeron rayon Polis İdarəsinin müstəntiqi, kriminalistlər və sahə müvəkkili gəlib. Müvafiq müayinə aparılaraq, jurnalistin ifadəsi alınıb.

Qeyd edək ki, faktla bağlı Abşeron rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq törətmək) və 326-cı (rəsmi sənədləri, ştampları, möhürləri talama və ya məhv etmə) maddələri ilə cinayət işi başlanıb.
Oğurluğu kimin törətdiyi məlum deyil. Abşeron polisi oğurluğu törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması üçün əməliyyat tədbirləri görür.
Xatırladaq ki, Hacı Zeynalov uzun illər müxtəlif mətbuat orqanlarında çalışıb. O, əsasən kriminal mövzularda yazır.

Gülnaz Qənbərli
AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin