Gündəm

“Haber Global” Qarabağa böyük qayıdış haqqında süjet hazırlayıb - VİDEO

Türkiyənin “Haber Global” media şirkəti Qarabağa böyük qayıdışla bağlı videosüjet hazırlayıb.

AnTV.az xəbər verir ki, süjetdə Azərbaycanda işğaldan azad olunmuş ərazilərin bərpası üzrə işlərin sürətləndiyi bildirilir.

“Azərbaycanda Qarabağa böyük qayıdış üçün qollar çırmanıb. Ölkədə erməni işğalından azad olunmuş torpaqlarda bərpa işləri sürətlənib. Təxminən 30 ildir ki, yurdlarından ayrı qalan azərbaycanlılar doğma torpaqlarına yenidən ayaq basacaqları günü səbirsizliklə gözləyirlər” – deyə süjetdə qeyd edilir.