Göygöldə avtomobil ahıl qadını vuraraq öldürüb

0
12

Göyögl rayonunda ahıl qadını avtomobillə vuraraq öldürən sürcü saxlanılıb.

AnTV.az “Report”a istinadən xəbər verir ki, qəzanı törədən “VAZ-2106” markalı avtomobilin sürücüsü, Göygöl rayon sakini, 1966-cı il təvəllüdlü Nemət Şahmalıyev saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

*** 

Göygöl rayonunda baş verən yol-nəıqliyyat hadisəsi zamanı ölən piyadanın şəxsiyyəti məlum olub.

AnTV.az xəbər verir ki, bu, rayon sakini, 65 yaşlı Qərənfil Qədirovadır.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

*** 

Göygöl rayonunda ölümlə nəticələnən yol-nqəliyyat hadisəsi baş verib.

AnTV.az “Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Göygöl rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ-2106” markalı avtomobil yolu keçmək istəyən ahıl qadını vurub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralı qadın Gəncə şəhərindəki xəstəxanlardan birinə çatdırılsa da ağır bədən xəsarəti alan qadının öldüyü məlum olub.

Faktla bağlı araşdırmalara bşlanılıb.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin