Gömrükçülər külli miqdarda aksiz markasız siqaretin ölkəyə gətirilməsinin qarşısını alıb

0
25

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə “VAZ-21074” markalı nəqliyyat vasitəsində Azərbaycanın aksiz markası ilə markalanmayan siqaretlərin olduğu barədə məlumat daxil olub və məlumat əsasında yaradılan əməliyyat qrupu tərəfindən həmin avtomobili nəzarətə götürüb.

AnTV.az xəbər verir ki, komitədən verilən məlumata görə, Azərbaycan vətəndaşının idarə etdiyi minik maşını Qazax – Gəncə istiqamətində hərəkət edən zaman saxlanılıb və gömrük baxışı keçirilməsi üçün “Tovuz” gömrük postunun inzibati binasının həyətinə aparılıb. Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerində Azərbaycanın aksiz markası ilə markalanmayan 18 800 ədəd “King” markalı siqaretlər aşkarlanıb.

 

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin