Gündəm

Gəncəyə yenidən raket atıldı - Yaralılar var

İlkin və rəsmi təsdiqlənməmiş məlumata görə, Ermənistan Gəncə və Mingəçevir istiqamətinə raketlər atıb.

Yerli sakinlərdən biri Musavat.com -a deyib ki, atılan 3 raketdən biri Gəncənin "Tekstilni" deyilən səmtinə düşüb.

Goranboy - Mingəçevir istiqamətindən də partlayış səsləri gəlib.

Gəncədəki jurnalistlər raketin düşdüyü ehtimal olunan səmtlərə gediblər.

Az sonra məlumat veriləcək.

***

Prezidentin köməkçisi Hikmıt Hacıyev Ermənistanın Gəncəni təkrar bombalaması faktını təsdiqləyib: "Hikmət Hacıyev: Ermənistanın humanitar atəşkəs arxasında gizlənən silahlı qüvvələri terroru və müharibə cinayətlərini davam etdirir. Azərbaycanın Gəncə və Mingəçevir şəhərləri raket hücumlarına məruz qaldı. Xəsarət alanlar və zərərlər müəyyənləşdiriləcək".

Musavat.com bildirir ki, bombalardan biri 29 nömrəli məktəbin yanına düşüb. İlkin məkumata görə, yaralılar və dağıntılar var.