Gəncədəki partlayışla bağlı son məlumat: Ölən şəxslərin sayı artdı

0
14

Xəbər verdiyimiz kimi bu gün səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış baş verib.

AnTV.az xəbər verir ki, hadisə ilə bağlı Səhiyyə Nazirliyindən mediaya bildirilib ki, son məlumata əsasən hadisə nəticəsində 3 nəfər ölüb, bir nəfər yaralıdır.

“Dağıntılar altından altından öncə bir nəfərin cansız bədəni tapıldı. Son məlumata əsasən ölənlərin sayı artdı. Onlar ana və oğuldur. Ana müəllimədir. Oğlunun 21 yaşı var”,-deyə nazirlikdən bildirilib.

Məlumatda o da qeyd olunub ki, hadisə nəticəsində yaralanan hərbçinin durumu orta ağırdır: “Ona lazım olan tibbi yardım göstərilir. Ümumilikdə hadisə yerinə 6 təcili tibbi yardım briqadası göndərilib”.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin