Gəncə işinə görə 4 nəfər həbsdən azad edildi

0
38

Bu gün “Gəncə işi” ilə bağlı Apellyasiya Məhkəməsində proses davam edib.

AnTV.az xəbər verir ki, keçirilən məhkəmə prosesində dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxslərə 2 il iş istəyib. Hakim də prokurorun çıxışından sonra hökm oxuyub və qərar qəbul edib. Məhkəmənin qərarına əsasən Gəncə hadisələrində həbs olunmuş 4 nəfər şəxs məhkəmə zalından azadlığa buraxılıb.

Azadlığa buraxılan şəxslər Məmmədtagiyev Kamal Nadir oğlu, Qurbanzadə Rauf Arif oğlu,  Seyidov Mir Eşqin Nazim oğlu və Hüseynov Qadir Fazil oğlu olublar. Onlar CM-in 220.1-ci maddəsi ilə təqsirli biliniblər. Həmin şəxslər ilkin instansiya məhkəməsinin hokmuylə 7 il azadlıqdan məhrum edilmişdilər.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin