Gələcək Azərbaycan Partiyasının fəalı repressiya qurbanı olub

0
27

Müxalif partiya üzvlərinin repressiyaları Azərbaycan hakimiyyət tərəfindən davam etdirilir: son qurbanı Gələcək Azərbaycan Partiyasının fəalı olub.

Reportajlarımızdan görüldüyü kimi, son aylarda müxalif fəalların dövlət orqanları tərəfindən həbs olunması gündən günə artır.

AnTV.az xəbər verir ki, Aprel ayın mitinqləri ilə baqlı indiyə qədər artıq 50-yə yaxın fərqli partiya fəalı tutulub.

Gələcək Azərbaycan Partiyasının fəalı Səlimova Şirin prezident İlham Əliyevin avtoritar rejimin son qurbanı olub. İctimai qaydanın kobud pozulması cinayətində təqsirli bilinərək Binəqədi rayon məhkəməsi Səlimova Şirin barəsində 25 aprel tarixində qərar çıxarıb.

Səlimova Şirin bundan öncə də 30 sentyabr 2018-ci ildə Milli Şura qurumunun keçirəcəyi mitinqdən öncə həbs edilmiş və cərimə olunmuşdur.
Partiya lideri Səlimova Şirin üzərinde keçirildiyi məhkəmə qərarını qanunsuz, siyasi xarakterli adlandırıb və məqsədi gəncləri siyasi proseslərdən uzaq tutmaq və onları qorxutmaqda görüb.

Həbs olunanların taleyi hələ də naməlumdur.

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin