Siyasət

Gələcək Azərbaycan Partiyası dövlət qeydiyyatına alındı 

Ədliyyə Nazirliyində kollegiya iclası keçirilib və qeydiyyat məsələlərinə də baxılıb.

Bu barədə AnTv.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Gələcək Azərbaycan Partiyasının müraciəti əsasında təqdim olunmuş təsis sənədlərinin qanunvericiliyə uyğunluğu nazirlikdə öyrənilərək Kollegiyada partiyanın, habelə bir sıra qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması barədə qərar qəbul olunub.