Siyasət

Gələcək Azərbaycan Partiyası bəyanat yaydı

Gələcək Azərbaycan Partiyası bəyanat yaydı AnTV.Az-ın elektron poçtuna daxil olmuş bəyanatda Gələcək Azərbaycan Partiyası Müsavat Partiyasını siyasi nəzakətsizliyikdə ittiham edib. Bəyanatı oxucularımızı olduğu kimi təqdim edirik. BƏYANATDA DEYİLİR: İCTİMAİƏTİN DİQQƏTİNƏ: Dünən Bakının işğaldan azad edilməsinin 100 illik yubileyilə bağlı təşkil edilmiş tədbirin Müsavat Partiyasına heç bir aidiyyatı yoxdur. Dünən Bakının işğaldan azad edilməsinin 100 illik yubileyilə bağlı təşkil edilmiş tədbiri müxtəlif mətbuat orqanlarında Müsavat Partiyasının öz adına çıxarması cəhdi, siyasi nəzakətsizlikdən başqa bir iş deyildir. Məlum tədbirin təşkilatçılığı Klassik Xalq Cəbhəsi Partiyasının, Gələcək Azərbaycan Partiyasının, Ağ Partiyanın, Xalq Partiyasının, Qarabağ Azadlıq Təşkilatının, həm də Müsavat Partiyasının üzvü olduğu Qarabağ Komitəsinin birgə təşkil etdikləri yubiley tədbiri idi. Gələcək Azərbaycan Partiyası Mətbuat Xidməti