GAP sədri Ağasif Şakiroğlu Mehriban Əliyevaya təşəkkür etdi

0
2596
Ağasif Şakiroğlu
Müxalif Gələcək Azərbaycan Partiyasının sədri olan Ağasif Şakiroğlu Əbülfəz Elçibəyin ailəsinə göstərilən qayğı ilə bağlı ölkə rəhbərliyinə təşəkkür edib.
AnTV.az xəbər verir ki, bu barədə partiya sədri sosial şəbəkədə olan öz rəsmi hesabında paylaşım edib.
Məlum paylaşımı olduğu kimi sizlərə təqdim edirik:
Ağasif Şakiroğlu: “Allah Həlimə xanıma qəni-qəni rəhmət eləsin. Həlimə xanım Əliyeva Elçibəy ailəsinə uyğun olaraq öz ölümü ilə belə Azərbaycanımıza xidmət etməyi, tövhə verməyi və siyasi proseslərdə bir nümunə gətirməyi bacardı…
Həlimə xanımın hüzr mərasimlərinin bütün xərclərinin Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən qarşılanması, cənazənin Bakıdan Naxçıvana dövlət səviyyəsində aparılması, eyni zamanda ailəsinə rəsmi olaraq dövlət adından başsağlığı verilməsi hallarının şahidi olduq. Bütün bunlar təqdirə layiq və görülməsi vacib olan işlər idi ki, hansı ki, görüldü. Belə bir ənənənin Azərbaycan siyasətində formalaşması düşünürəm ki, olduqca yaxşı haldır. Bizlər bir-birimizi necə və hansı formada tənqid etməyimizdən, hansı siyasi qütblərdə təmsil olunmağımızdan asılı olmayaraq opanent kimi bir-birimizə dəyər də verməyi eyni zamanda bacarmalıyıq və görünür ki, bacardıq da!
Eks-prezident Əbülfəz Elçibəyin mərhum həyat yoldaşı Həlimə Əliyeva
Eks-prezident Əbülfəz Elçibəyin mərhum həyat yoldaşı Həlimə Əliyeva
Sözsüz ki, Azərbaycan Respublikasının birinci xanımının, Azərbaycan Respublikasının sabiq birinci xanımına qarşı atmış olduğu bu sayqı gedişi həm də bir mənəvi məsələ idi, eyni zamanda bir xanım həmrəyliyi idi… Hər halda bu insani gedişə və keçmiş həmkarına verilən bir dəyər idi hansı ki, təşəkkür etməyə dəyər. Bu səbəbdən də Elçibəy ailəsinə sayqısı olan biri kimi Elçibəy ailəsinə layiq olduğu dəyəri əskiy etmədiyinə görə Mehriban xanım Əliyevaya öz adımdan dərin təşəkkürümü ifadə edirəm!
Bütün hallarda yaranmış mənzərə həm sevindirici həm də kədərlidir. Sevindirici atılan addımlardırsa, üzücü də Həlimə xanımı itirməyimizdir…
Allah rəhmət eləsin…”

 

Mehriban Əliyevanın Həlimə xanımın əziz xatirəsinə yolladığı gül çələngi

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin