Füzuli rayonu Alxanlı kəndi ərazisində yaşıllığa zərər verilib

0
64

Füzuli rayonu Alxanlı kəndi ərazisində köküstə yaş müxtəlif diametrli 17 ədəd qovaq ağacının kəsilib və təbiətə 7450 manat məbləğində ziyan dəyib.

Bu haqda AnTv.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib. Reyd zamanı məlum olub ki, Füzuli rayonu Alxanlı kəndi ərazisində yaşıllığa zərər verilib.

Araşdırma zamanı ağacların Füzuli rayon sakini Elyaz Alıyev tərəfindən kəsildiyi müəyyən olunub. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib edilib. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Füzuli rayon Prokurorluğuna göndərilib. Gülnaz Qənbərli AnTv.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin