Fuad Əliyev: Respublika Günündə siyasi məhbusların azadlığa buraxılmasını gözləyirik

0
35

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib

AnTV.az xəbər verir ki, bu barədə ALDP Mətbuat Xidməti məlumat yayıb.

Bildirilir ki, iclasda ictimai-siyasi vəziyyət, Azərbaycan Xalq Hərəkatının (AXH) 25 mayda planlaşdırdığı mitinq, Milli Azadlıq Qərargahının (MAQ) rəhbəri Oqtay Eldəgəzin anım günü, 28 may Respublika günü ilə bağlı dövlət rəhbərliyinə müraciətin edilməsi və bəzi təşkilatı məsələlər müzakirə edilib.

ALDP sədri Fuad Əliyevin təklifi ilə 2002-ci il mayın 16-da vəfat edən Milli Azadlıq Qərargahının (MAQ) rəhbəri Oqtay Eldəgəzin xatirəsini bir dəqiqəlik sükütla yad edilib.

“Oqtay Eldəgəzin rəhbərliy ilə MAQ üzvləri Azərbaycanın müstəqillik üğrunda mübarizə aparıblar. Bu fədakar insanlar 1918-ci ildə F.X.Xoyskinin, Topçıbaşovun və digərlərin Şərgdə ilk dəfə yaratdığı Azərbaycan Demokratik Respublikasının davamçılarıdırlar. Oqtay Eldəgəz bu bayrağın bir daha yüksəlməsi və Azərbaycanın müstəqiliyi uğrunda mübarizə aparıb. Azərbaycan xalqı onun kimi mübariz insanların yad etməyə borcludur” – ALDP sədri qeyd edib.

Toplantıda həmçinin ALDP-nın AXH-nın 25 may Qarabağ mitinqində iştrakı müzakirə olundu. ALDP sədri partiyanın Qarabağ mitinqində iştirakını vacib hesab etdi. O, bildirdi ki, Qarabağla bağlı istənilən tədbirlərə, yürüşlərə, mitinq və piketlərə partiya üzvləri öz dəstəyini verməlidirlər.

 “Torpaqlarımız tam işğaldan azad olunmayana qədər bu problemi gündəmdə saxlamalıyıq.” – Fuad Əliyev qeyd etdi.

Fuad Əliyev: “Novruz bayramı ərəfəsində məhkum edilmiş şəxslərin əfv fərmanı ilə azad olunmaları onların ailələrinə və yaxınlarına, xalqımıza böyük sevinc bəxş etdi. Siyasi məhbusların azadlığa buraxılmalarını təqdirəlayiq hal hesab edirik. Bir neçə tanınmış siyasi məhbus azadlığa qovuşdu, güman edirik ki, hələ həbsdə qalan digər siyasi məhbuslarımız da 28 may Respublika günü münasibətilə növbəti əfv fərmanlarında azad ediləcəklər”.

 

Nurlan Cəfəri

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin