Fuad Əliyev iqtidar müxalifət dialoquna münasibət bidirib- Video

0
88
Fuad Əliyev

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bu gün Park İnn otelində “Ölkəmizdəki siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi” mövzusunda Ana Vətən Partiyasının təşkilatçılığı ilə keçirilən tədbirə münasibət bildirib.

AnTV.az xəbər verir ki, müxalif partiya sədri sözügedən görüşün “müxalifət-iqtidar” görüşü kimi qələmə verilməsini qınayıb:

“Birincisi həmin tədbirdə 4-5 müxalif partiyasının iştırak etməsi “iqtidar-müxalifət” dialoqunun baş tutması demək deyil. Mən dəfələrlə qeyd etmişəm ki, əgər hakimiyyət Azərbaycanda köklü islahatlara getmək istəyirsə, mütləq Azərbaycan xalqına yaxın olmalıdır və mütləq represiyalara son qoymalıdır.

İkincisi, hakimiyyət xaricdən ölkəyə müdaxilə mövzusunda yox, barışıq mövqeyindən iqtidar-müxalifət dialoqunu təşkil etməlidir.”

Fuad Əliyev həmçinin Qarabağ probleminin həlli məsələsinə də toxunub:

“Hakimiyyət müxalifətin iştırakı ilə Qarabağın işğalı ilə bağlı dəyirmi masa təşkil etməlidir. Qarabağa aid mitinqləri iqtidar özü təşkil etməlidir.”

 

Fuad Əliyevin video-müsabəsini geniş şəkildə təqdim edirik:

 

 

Nurlan Cəfəri

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin