Xəbərlər

Fransa İran üzərindən Ermənistana silah göndərdi - TƏCİLİ

Ermənistan humanitar yardım bəhanəsi ilə Ermənistana qanunsuz olaraq silah və sursat idxal etməyə davam edir.

AnTV.az xəbər verir ki, bu məqsədlər üçün mülki təyyarələr fəal şəkildə istifadə olunur və bununla da 1944-cü il Beynəlxalq Mülki Aviasiya Konvensiyasının 4-cü maddəsini kobud şəkildə pozur.

Bundan əvvəl haqqın.az dəfələrlə Rusiyadan Ermənistana hərbi yüklərin çatdırıldığı çoxsaylı uçuşlar barədə yazmışdı. Yalnız oktyabrın 3-dən 9-dək olan dövrdə, hərbi əməliyyatların gedişində Rusiyadan Ermənistana mülki təyyarələr ümumi çəkisi 20 tondan çox olan silah və sursatların “humanitar” tədarükünü həyata keçirdi. Ermənistanın bu cür tələsik hərəkətləri Azərbaycan Ordusunun əks-hücum əməliyyatı zamanı erməni tərəfinin verdiyi misilsiz itkilərə görədir.