“Formula 1” oyunları ölkə büdcəsinə gəlir gətirəcəkmi? Özəl-Açıqlama

0
19

 

26-28 aprel 2019-cu il tarixində Formula 1 oyunlarının Bakıda keçirilməsi ölkə ərazisinə turist gəlişini artırıb.

İqtisadçı Natiq Cəfərli AnTV.az  saytına  verdiyi xüsusi müsahibədə qeyd edir ki,Formula 1 oyunları ölkə ərazisinə turist gəlişini artırsa da , büdcəyə birbaşa gəlir gətirmir.

“Formula bir oyunların ölkə büdcəsinə bir başa  xeyri yoxdu. 

Bu oyunlar keçirildiyi birinci dəfə deyil ,digər ölkələrdə də keçirilib.Amma Azərbaycanla onlar arasında maliyyə cəhətdən fərqlər var.Digər ölkələrdə formula oyunlarının maliyyəsini dövlət büdcəsi qarşılamır.Müəyyən sponsorlar tərəfindən qarşılanır.Azərbaycanda isə vəziyyət fərqlidir,bütün maliyyəni dövlət büdcəsi qarşılayır.Bu isə  büdcənin azalmasına gətirib çıxarar.

Bu oyunlardan büdcəyə birbaşa gəlir gəlmir. Gəlir ancaq turistlərin ölkə ərazisində qaldığı müddətdə hotellərdən , kafelərdən əldə olunan gəlirdi.”

Ekspertin fikirincə Formula bir oyunlarının ölkənin tanınmasında müsbət təsiri var.

“Formula 1 oyunları maliyyə cəhətdən büdcəyə birbaşa gəlir gətirməsə də,  ölkənin tanınmasında ,turistlərin ölkə ərazisinə cəlb olunmasnda müəyyən müsbət təsirləri var.Amma turizmi inkişaf etdirmək üçün beynəlxalq yarışların keçirilməsi bəs etmir.Bunun üçün bir sıra tədbirlər görülməlidir.Məsələn, bir sıra ölkələrlə viza sistemi ləğv olunmalı, Azərbaycanda müxtəlif turistik marşurutlar təşkil olunmalı, hotellərdə, turistik zonlarda qiymətlərdə endirim olunmalıdır.

Ümumiyyətlə keçən ilə nisbətən bu ilin ilk 3 ayına baxdıqda ölkə ərazisinə gələn turistlərin sayının 14 faiz azaldığını görürük.”

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin