“Eurovision”da Azərbaycana qarşı daha bir hörmətsizlik – FOTOLAR

0
42

İsrailin Təl-Əviv şəhərinin Sərgi Mərkəzində baş tutan “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsində Azərbaycana qarşı hörmətsizlik edilib.

AnTV.az xəbər verir ki, müsabiqənin finalında Azərbaycanın səslərini açıqlamazdan öncə təqdim edilən xəritə səhv göstərilib.

Videoda əks olunan Azərbaycan xəritəsi təhrif olunmuş formada göstərilib.

Bundan başqa Azərbaycanlı nümayəndə heyətinin əyləşdiyi stol ətrafında bayrağımız səhv formada tutulub və bu artıq ikinci belə haldır yaşanır. Bu məsələ ilə bağlı İctimai TV-nin Beynəlxalq Əlaqələr Departamentinin aparıcı mütəxəssisi Fikrət Doluxanovla əlaqə saxlasaq da o AnTV.az-a İsraildən döndükdən sonra nümayəndə heyəti tərəfindən açıqlama veriləcəyini və sabaha qədər gözləmək lazım olduğunu bildirib:

“Biz hal-hazırda yoldayıq. Bu məsələdən də xəbərimiz var. İsraildən qayıdan kimi, yəni sabah bu barədə ictimaiyyətə geniş açıqlama veriləcək. Bu məsələyə mən fərd olaraq rəsmi açıqlama vermək səlahiyyətində deyiləm. Sabaha qədər səbr edin”.

Qeyd edək ki, bundan öncə də Azərbaycan təmsilçisi Çingiz Mustafayevin uğurla çıxış etdiyi II yarımfinaldan sonra finala vəsiqə qazanan ölkənin təmsilçiləri üçün təşkil olunan mətbuat konfransında bayrağımıza qarşı hörmətsizlik edilmişdi. Azərbaycan nümayəndəliyinin qarşısına qoyulan mikrafonların üzərində Azərbaycan bayrağı tərsinə əks olunmuşdu.

İctimai TV-nin Beynəlxalq Əlaqələr Departamentinin aparıcı mütəxəssisi Fikrət Doluxanov “Eurovision”da bayraqla bağlı yaranan problemə münasibət bildirmişdi. İTV əməkdaşları yanlış göstərilən bayrağı gördükdən sonra vəziyyətə müdaxilə ediblər və rəsmin üzərinə bayrağımızı doğru formada asıblar.

 

Nurlan Cəfəri

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin