Xəbərlər

Ermənistanda səs-küylü həbslər

Ermənistanda keçiriləcək 20 fevral mitinqi ərəfəsində növbəti səs-küy doğuran həbslər həyata keçirilib. 

Politoloq, “Karyak media” media holdinqinin həmtəsisçisi Karen Bekaryan və parlamentin keçmiş aparat rəhbəri Ara Saqatelyan saxlanılıb.

AnTV.az xəbər verir ki, bununla bağlı erməni mediasına hüquq müdafiəçisi Ruben Melikyan açıqlama verib. Bir az əvvəl Bekaryanın evində və Saqatelyanın kabinetində axtarışlar aparılıb. Axtarışlardan sonra isə onlar dindirilmək üçün milli təhlükəsizlik xidmətinə aparılıb. Melikyanın sözlərinə görə, onlar hərbi vəziyyət şəraitində məlumat yaymaqla bağlı qaydaları pozmaqda, həmçinin millətlərarası nifrət və düşmənçiliyi yaymaqda günahlandırılır. Lakin müdafiə tərəfi ittihamı siyasi sayır.