Ermənistanda şagird sinif yoldaşı tərəfindən qətlə yetirilib

0
14

Ermənistanda 15 yaşlı şagird sinif yoldaşı tərəfindən qətlə yetirilib.

AnTV.az “Report” – istinadən xəbər verir ki, hadisə Lori vilayətində baş verib.

Belə ki, Taşir şəhərinin 15 yaşlı sakini Edik Avoyan kəsilmiş-deşilmiş yaralarla tibb mərkəzinə yerləşdirilib. O, reanimasiyada ölüb.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə qətlin A.Ç tərəfindən törədildiyi müəyyənləşib. O, polis bölməsinə gətirilib.

Hadisəni törədən şəxsin E.Avoyanla sinif yoldaşı olduğu bildirilir.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin