Ermənistanda Azərbaycan istehsalı məhsul satışa çıxdı, ermənilər qəzəbləndi

0
30

Ermənistan mağazalarında üzərində Azərbaycan dilində yazılar olan konfetlər satışa çıxarılıb.

AnTV.az xəbər verir ki, bu barədə Ermənistanın Qida Təhlükəsizliyi Dövlət Xidmətinin rəhbəri Georgi Avetisyan məlumat verib.

Sputnik-Ermənistanın məlumatına görə, Avetisyan məsələnin narahatlıq doğurduğunu diqqətə çatdırıb:

“Konfetlərin üzərində erməni dilində markirovka yoxdur, əvəzində Azərbaycan dilində məlumat dərc edilib. Bu o deməkdir ki, qanunvericilik pozulub  və bu məhsullar Ermənistana ixrac edilmək üçün nəzərdə tutulmayıb”.

Söhbət İtaliyanın “Ferrero SpA” firmasının istehsalı olan “Rafaello” və “Ferrero Rocher” markalı şirniyyatlardan gedir.

Şirniyyat Ermənistana İtaliya tərəfindən deyil, naməlum təşkilat tərəfindən gətirilib.

“Biz idxalçını tapa bilmədik. Bu məhsullar ya qaçaqmalçılıq yolu ilə, ya da dövlət rüsumundan yayınmaq üçün 25-50 kiloluq partiyalarla gətirilib. Bütün məhsullar xidmət tərəfindən müsadirə olunub”,- deyə xidmət rəhbəri bildirib.

 

Nurlan Cəfəri

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin