Xəbərlər

Ermənistan parlamentinin keçmiş aparat rəhbəri barədə 2 aylıq həbs qərarı

İrəvanın tabeliyində olan məhkəmənin hakimi Armine Meliksetyab Milli təhlükəsizlik xidmətinin vəsatətini təmin edib.

AnTv.az erməni mediasına istinadən bildirir ki, məhkəmə Ermənistan parlamentinin sabiq aparat rəhbəri Ara Saqatelyan barədə iki aylıq həbs qətimkan tədbirinin seçilməsi haqda qərar çıxarıb. Vəkil Akop Enokyan bildirib ki, A.Saqatelyana, həmçinin onunla eyni gündə saxlanılan politoloq Karen Bekaryan üç maddə üzrə günahlandırılır.

Eyni ittihamlarla saxlanılan Mqer Avaqyan isə 21 fevralada sərbəst buraxılıb. Ancaq eyni işlər bağlı Aram Sarkisyan həbs edilib.