“Erməni vandalizminə son!” tələbilə aksiya keçirildi – ABŞ-da

ABŞ-ın əksər ştatlarında ermənilərin Azərbaycana qarşı aqressiyasına və işğalçılıq siyasətinə etiraz olaraq soydaşlarımız kütləvi etiraz aksiyaları keçirilməkdədir.

AnTV.az xəbər verir ki, bu gün də Azərbaycanlıların sayca az yaşadığı Floridanın ən böyük şəhəri olan Jaksonvill şəhərində də belə aksiyalardan biri baş tutmuşdur. Aksiya Ramilə Oraşeva və Xanım Bağırova adlı soydaşlarımızın təşkilatçılığı ilə keçirilib.

Aksiya “İşğala son!”, “Qarabağa Azadlıq!”, “Erməni aqresiyası son!”, “Erməni vəhşiliyinə son!” şüarları ilə keçirilmişdir.

Aksiyanın təşkilatçılarından biri olan Ramilə Oraşeva bu tip aksiyaların davamlı olacağını və erməni təcavüzünə etiraz olaraq ABŞ-ın digər ştatlarında da Azərbaycanın haqq səsini ucaldacaqlarını bəyan etmişdir.

Diqqətə çatdıraq ki, Ramilə Oraşeva ictimai-siyasi həyatda olduqca aktiv soydaşlarımızdandır və hazırda ABŞ-da yaşayır.

Aksiyasının digər bir təşkilatçısı Xanım Bağırova isə Azərbaycan Respublilasının Milli Məclisinin sabiq sədri Rəsul Quliyevin qızıdır.

Ramilə Oraşeva – Xanım Bağırova