Siyasət

Erməni spiker türk casusudur? – İrəvanda qalmaqal

Parlamentin spikeri Ararat Mirzoyan Türkiyə üçün işləyib və ifşa olunduqdan sonra Ermənistan Milli Təhlükəsizlik Xidmətində çalışmağa başlayıb.

AnTv.az xəbər verir ki, bu iddia ilə Ermənistanın Vatikandakı keçmiş səfiri, sabiq prezident Serj Sərkisyanın kürəkəni Mikayıl Minasyan çıxış edib.

Minasyanın sözlərinə görə, Türkiyənin xüsusi xidmət orqanları Mirzoyanı ABŞ-da qondarma erməni soyqırımı ilə bağlı araşdırma apararkən əməkdaşlığa cəlb edib:

“O, “Erməni soyqırımı muzeyi institutu”nda baş verənlərlə bağlı türklərə məlumat ötürməyə razılaşır. Tezliklə Ermənistan Milli Təhlükəsizlik Xidməti bundan xəbər tutur və ona seçim təklif edir: Ya şöbədə işlə, ya da xəyanət etməyinlə bağlı həbs…”

Beləliklə, “işə alındıqdan” sonra Mirzoyan ikili casus olur. Türklərə verdiyi məlumatları deyir, MTX isə bu və ya digər məlumatları ötürməyə icazə verir. Bununla türk xüsusi xidmət orqanlarının nə ilə maraqlandığını öyrənir”.

Onun iddiasına görə, türklərin təklifi ilə Mirzoyan Nikol Paşinyanla işbirliyinə başlayıb və hakimiyyət dəyişikliyindən sonra baş nazirin birinci müavini, daha sonra spiker olub.

Keçmiş səfirin sözlərinə görə, Nikol Paşinyan həmişə Mirzoyanın casus olduğunu bilib. Və onun vasitəsi ilə Türkiyə ilə əlaqə saxlayır.

Mirzoyanın Ermənistanda Türkiyənin maraqlarını təmsil etdiyini vurğulayan Minasyan əlində onun MTX tərəfindən işə götürülməsi barədə sənəd olduğunu da qeyd edib. (axar.az)