Erməni əsgərinin anası: “Oğlumu öldürən, azadlıqdan məhrum edilən hərbi qulluqçu deyil”

0
9

2016-cı il martın 16-sı Qafanda dislokasiya olunan hərbi hissələrdən birində əsgər Sevak Hambartsumyanın baş nahiyəsindən aldığı odlu silah yarasından öldüyü aşkarlanıb. 

AnTV.az Ordu.az-a istinadən xəbər verir ki, “Aravot.am” saytına verdiyi müsahibəsində erməni vəkil Vahan Hovhanisyan bəzi məsələlərə aydınlıq gətirib.

Qətl faktı üzrə cinayət işi çərçivəsində Sevak Hambartsumyanın əsgər yoldaşı Narek Çiçəkyan təqsirli bilinərək, 5 il müddətinə azadlıqdan mərhum edilib. Onun vəkili Vahan Hovhanisyan verilən hökmdən apelyasiya şikayəti verib. O bildirib ki, ölən hərbi qulluqçu Sevak Hambartsumyanın meyitinin aşkarlandığı yer qapalı, beton çevrəli ərazidir.

Erməni vəkil qeyd edir ki, hadisə günü Sevak Hambartsumyan sıradan çıxıb silahı normal vəziyyətə gətirmək üçün qeyd edilən qapalı əraziyə gedib, bundan sonra atəş səsi eşidilib, onu baş nahiyyəsindən odlu silah yarası ilə aşkar ediblər.

Vəkilin fikrincə, müdafiə etdiyi şəxsi guya davamlı olaraq Sevak Hambartsumyana qarşı zoraklığa yol verdiyi və bunun nəticəsində Hambartsumyanın intihara əl atdığı üçün ittiham ediblər. Vəkil hadisə günü başqa məqamlardan da bəhs edib. O qeyd edib ki, həmin gün bütün əsgərlərə 9 ədəd güllə verilib. Ölən Sevak Hambartsumyanın silahında 9 mərminin hamısı yerində olub.

Ekspertizanın rəyində bildirilir ki, silahdan son dəfə nə zaman atəş edildiyini qeyd etmək mümkün deyildir. Mərmilərin hamısının yerində olması həmin silahdan atəş edilmədiyini göstərir. Qeyd olunur ki, müstəntiq tərəfindən hadisə yerində olan bütün gilizlər götürülüb. Ekspertizanın rəyinə görə, gilizlərin heç biri Sevak Hambartsumyanın silahından atılmayıb.

İlk başdan qətl versiyası yayılıb və bu barədə istintaq orqanına da məlumat verilib, həmçinin hansı silahdan atəş edildiyinin müəyyən edilməməsi bunu də sübut edirdi. Lakin istintaq orqanlarının bu versiyaya diqqət yetirmədiyi bildirilir. Vəkil bildirir ki, müdafiə etdiyi Narek Çiçəkyandan, ölən hərbi qulluqçunu intihar həddinə çatdırmağa dair zorla etiraf ifadəsi alınıb.

O, həmçinin qeyd edib ki, Sevak Hambartsumyanın ailəsindən heç kimin məhkəmə proseslərində iştirak etməməsi də qəribə hal olub, səbəbi isə məlum deyil. Vəkil bildirir ki, daha sonra iş apelyasiya məhkəməsində olarkən, ölən hərbi qulluqçunun anası tərəfindən ona zəng edilib və onunla görüşmək istəyi bildirilib. Ölən hərbi qulluqçunun anası qeyd edib ki, onun qohumları bilərəkdən məhkəmə proseslərində iştirak etməsinə imkan verməyiblər.

Erməni əsgərinin anası qeyd edib ki, oğlunun ölümündə həbs edilən Narek Çiçəkyanın heç bir günahının olmadığına əmindir. O bildirib ki, cinayət işi səhv istiqamətdə araşdırılıb, ölümün təmamilə başqa səbəbləri olsa da, heç kim bu məqamı araşdırmaq, açmaq istəmir.

Şahidlərdən 3 nəfər ölən və öldürdüyü ehtimal edilən hərbi qulluqçular arasında münasibətin pis olduğu, 17 nəfər şahidin isə yaxşı olduğuna dair ifadə verib, məhkəmə isə yalnız həmin 3 nəfər şahid dindirilib. Digər 17 nəfərin dindirilməsinə dair vəsadəti məhkəmə rədd edib.

Yeri gəlmişkən, həmin 3 nəfər şahidin bəzi ifadələrində qeyd edilir ki, hərbi polisdə onlara təzyiq edilib.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin