Erməni ekspert: “Ermənistan Azərbaycanın yeni hücumuna hazırlaşmalıdır”

0
12

“ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistana Qarabağ münaqişəsinin nizamlanması yönündə təzyiqlər göstərirlər”.

AnTV.az xəbər verir ki, bu sözlər “Azərbaycan erməniləri assambleyası” deyilən təşkilatn rəhbəri Qriqori Ayvazyan tərəfindən jurnalistlərlə görüşdə səslənib.

Onun bildirdiyinə görə, Ermənistanın daxili problemlərinə başının qarışdığı bir vaxtda ATƏT-in Minsk qrupunun həmsədrlərində reallaşmayan gözləntilər peyda olub.

Q. Ayvazyan birtərəfli güzəştlərin onlar üçün dağıdıcı nəticələr törədəcəyini söyləyib.

Erməni ekspert Azərbaycan tərəfinin yenidən hücuma keçmək üçün ən əlverişli situasiyanın yaranmasını gözlədiyini bildirib.
“Azərbaycan müdafiə nazirinin İrəvanın Azərbaycan torpağı olduğu barədə dediklərindən sonra sülh atmosferini formalaşdırmaq ən azı qeyri-ciddilik kimi görünməlidir”, – deyə o qeyd edib.

Q. Ayvazyan Azərbaycanın davam edən antierməni siyasəti, habelə bu cür oxşar bəyanatların rəsmi Bakının müharibəyə hazırlaşdığını göstərdiyini deyib.

“Ermənistan tərəfi öz növbəsində anlamalıdır ki, bu pauzadan vaxt udub yeni ehtimal olunan hücuma hazırlaşmaq üçün istifadə etmək lazımdır”, – deyə Qriqori Ayvazyan sonda vurğulayıb.

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin