Ermənistana keçən daha bir casus saxlanıldı

0
39

Ermənistan sərhədini keçən Türkiyə vətəndaşı tutulub.

Antv.az-ın Ermənistan KİV-inə istinadən xəbər verir ki,  Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd idarəsinin mətbuat xidməti bu haqda məlumat yayıb.

Türkiyə vətəndaşı Gümrü sərhəd dəstəsi tərəfindən saxlanılıb.

Xəbərdə qeyd edilir ki- “Sərhədi pozan ərazini diqqətlə müşahidə edir və gizlicə hərəkət etməyə çalışırdı”,

Onun Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil verildiyi bildirilir.

Xatırladaq ki, daha əvvəl – iyul ayında Türkiyə vətəndaşı Umut Ali Özmen səhvən Ermənistan sərhədini keçmişdi. Erməni əsgərləri onu “Azərbaycan casusu” adı altında həbs etmişdilər. 16 yaşlı yeniyetmənin azad edilməsi üçün Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Nikol Paşinyana zəng etmiş və Paşinyan Ərdoğanın tələbinə müsbət cavablandırmışdı.

Özmen sentyabrın 25-də azad olunmuşdu.

Nurlan Cəfəri

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin