Ərindən ayrılan Sevda: “Mən olmayanda nə yeyirdin?”

0
22

Ötən gün ikinci həyat yoldaşından ayrıldığını açıqlayan müğənni Sevda Sanaliyeva yeni paylaşımı ilə diqqət çəkib.

AnTV.az xəbər verir ki, o ad çəkmədən ünvanlı mesaj yolladığını açıqlayıb:

“Hər uğur qazanan qadının arxasında 10 qısqanclıqdan ölən qadın var. Elə biri yüzünə dəydi. Az qala desin ki, qazandığını niyə balalarıma və mənə yedirtmirsən? Niyə qazanıb, özün yeyirsən? Üstəlik qarğışların biri bir qəpik idi. Məndən əvvəl nə yeyirdin? Get, yenə ye və yedirt. Dədənə borcum yoxdur. Ünvanlı olaraq burdan məni gizlin güdən xanıma gəlsin”.

Onun qayınanasına söz atdığı iddia olunur. Çünki ötən ilin iyununda da ayrılan cütlüyün münasibətlərini qayınanası pozmuşdu. İfaçı qayınanası ilə söz davasına çıxmışdı.

Qeyd edək ki, Sevda Sanəliyeva ikinci həyat yoldaşı Cəmildən ayrılması barədə sosial şəbəkədə yazıb:

“Əgər fikirləşirsiniz ki, xoşbəxt olmaq üçün ikinci şəxsin olmağı mütləqdir, yanılırsınız! Bunun üçün özünüz yetərsiniz, ikinci şəxs isə xoşbəxtliyi bölüşmək üçündür. Subaylıq sultanlıqdır”.

Xatırladaq ki, Sevdanın ilk evlilikdən oğlu, ikinci nikahından isə qızı var.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin