Ərdoğandan sərt xəbərdarlıq

0
110

”Türkiyənin S-400 sistemlərinə ehtiyacı var və bununla bağlı anlaşma əldə edilib. Qısa zamanda bu sistemlərə sahib olacağıq”

AnTv.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Ölkəmizi terror təhlükəsindən qorumaq üçün bütün səylərimizdən istifadə edəcəyik. Bu, bizim haqqımızdır. Türkiyənin hava müdafiəsini qorumaq üçün sistemlərin alınması istəyinə rədd cavabı verirlər. Ehtiyacımız olan silahları müxtəlif bəhanələrlə bizə vermirlər. Biz bunu qəbul etmirik”, – Türkiyə prezidenti bildirib.

Ərdoğan əlavə edib ki, Türkiyənin F-35 qırıcıları ilə yanaşı, milli təyyarələrə və ya başqa ölkələrdən gətiriləcək qırıcılara ehtiyacı var:

“Verəcəklər və ya verməyəcəklər, bilmirəm. Verdiklərində razılaşmaya sadiqliklərini sübut edəcəklər. Biz ABŞ-la imzalanan müqaviləyə uyğun olaraq, 900 milyon dollar ödəmişik. 120 “F-35” qırıcısının Türkiyəyə təhvil verilməsi lazımdır”.

Türkiyə prezidenti F-35-lərlə bağlı sazişə əməl etməyən ABŞ-a xəbərdarlıq edib.

“Dünya tək bir ölkədən ibarət deyil, onların alternativləri də var. Onlar verməsə, başqa yerdən bunu təmin edəcəyik və ya özümüz istehsala başlayacağıq. Silahlı pilotsuz uçuş aparatları vermədilər, indi özümüz istehsal edirik. Bunlarla terrorçuları məhv edirik”, – Ərdoğan əlavə edib.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin