Ərdoğan sabah Azərbaycana gəlir

0
7

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 25-də Azərbaycana gələcək.

AnTV.az xəbər verir ki, R.T.Ərdoğan Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci iclasında iştirak etmək üçün Bakıya səfər edəcək.

Belə ki, hər iki ölkə prezidenti – İlham Əliyev və R.T.Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasda ikitərəfli əlaqələrin bütün cəhətləri, əməkdaşlığın daha da inkişafı müzakirə olunacaq, bununla yanaşı, region və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılacaq.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin