Ərdoğan Liviya Milli Razılıq Hökumətinin başçısını qəbul edib

0
5

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Milli Razılıq Hökumətinin başçısı Faiz Sarajı qəbul edib.

AnTV.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Qeyd edilir ki, görüş İstanbulda, Dolmabağça sarayında baş tutub.

Məlumata görə, danışıqlar 2 saat 30 dəqiqə davam edib və mətbuat üçün qapalı olub.

Görüş Liviyada münaqişə tərəflərinin atəşkəsi fonunda baş tutub. Atəşkəs Türkiyə və Rusiyanın təşəbbüsü ilə qüvvəyə minib.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin