Ərdoğan İranda səfərdədir

0
39

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İranda səfərdədir.

AnTv.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan  Suriya məsələsini müzakirə etmək üçün Rusiya və İran liderləri ilə Tehranda bir araya gələcək.

Türkiyə prezidentinə səfər zamanı müşayəti  müdafiə, həmçinin xəzinə və maliyyə naziri edəcək.Türkiyə mediası Ankaranın toplantıda 3 məsələni gündəmə gətirəcəyini bildirib:

– İdlib və ümumiyyətlə Suriya ərazisində atəşkəs mühitinin qorunaraq Astana sazişinə sadiq qalınması

– Suriya rejiminin İdlibdə mülki əhaliyə qarşı daha həssas davranması və bunu heçə sayan hücumlara son verməsi

– PKK terror təşkilatının Suriyadakı qolu YPG-nin aradan götürülməsi.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin