Ən stajlı icra başçıları

0
115

Azərbaycan Konstitusiyasına görə, yerli icra hakimiyyətlərinin başçılarını prezident vəzifəyə təyin edir.

AnTV.az bildirir ki, hazırda ən stajlı icra başçısı Eyvaz Hüseynovdur. O, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı postuna 1992-ci ildə gətirilib.

Xocalı Rayon İcra Hakimiyyətinə başçılıq edən Şahmar Usubov 2000-ci ildən bu vəzifədədir.

Malik İsaqov 2001-ci ildən Qubadlı Rayon İcra Hakimiyyətinin başçısıdır.

Şəmsəddin Xanbabayev 2004-cü ildən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı postundadır.

2005-ci ildən İlqar Abbasov Suraxanı rayonunun, Abdin Fərzəliyev Nərimanov rayonunun , Şahin Məmmədov Ağcabədi rayonunun, Mərdan Camalov Şirvan şəhərinin icra başçısı vəzifəsini tutur.

2006-cı ildən Arif Seyidov Göygöldə, Əhməd Muxtarov Hacıqabulda, 2007-ci ildən Ənvər Seyidəliyev Ağsuda, Şair Alxasov Qusarda, Rövşən Bağırov Lerikdə, Novruz Novruzov Şabranda, Lütvəli Babayev Zərdabda icra başçısıdır.

Saatlının icra başçısı Siraqəddin Cabbarov 2008-ci ildə təyin olunub.

2009-cu ildən Mübariz Əhmədzadə Zaqatalanın, Bayram Səfərov Şuşanın, Nizaməddin Quliyev Goranboyun icra başçısı postundadır.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin