Əməkdar jurnalistdən şok etiraf: “Əli Həsənovun “trolu” olmuşam”

0
217

Əməkdar jurnalist Azər Həsrət şəxsi profilində sabiq məmur Əli Həsənovun idarə etdiyi “troll ordusunun” ən fəal əsgərlərindən olduğunu etiraf edib.

AnTV.az xəbər verir ki, Azər Həsrət yazısına bu sözlərlə başlayır:

“Yəqin kimlərsə bu yazımı Əli Həsənovun işdən azad edilməsini mübahisə mövzusuna çevirmək cəhdim kimi qələmə verəcək. Elədirmi? Bu sualın cavabını lap sonda verəcəm. Hələliksə, görün, nə deyirəm.
Bəzən olur ki, etiraf anı gəlir. Uzun müddət müzakirələr olur, kimlərsə nəyisə etiraf etməkdən qorxur, çəkinir. Başqa biriləri də çəkinmədən etiraf edir.
Biz ikincilərdənik. Etiraf etməkdən çəkinmərik. Bu dəfə də elədir. O məlum və məşhur “trol” məsələsilə bağlı etirafım olacaq.

 

Related image
Bəli, Əli Həsənovun yönəltdiyi “trol ordusu”nun ən fəal əsgərlərindən biri də mənəm. Etiraf edirəm bunu. Boynuma alıram. O “trol”lardan biri, bir çox hallarda birincisi mənəm: Azər Həsrət”.
Daha sonra Azər Həsrət özünün “troll fəaliyyətini” aşağıdaki səbəblərlə izah edir:
“Hər şeydən öncə qeyd edim ki, bütün yazı-pozularım o “trolluq” fəaliyyəti çərçivəsində olmayıb. Bir çox yazılarım, çıxışlarım şəxsi təşəbbüsüm olub. Özəlliklə də baş verməkdə olan ictimai-siyasi proseslərə, Azərbaycan Prezidentinin, Birinci vitse-prezidentin üzərinə gələnlərə verdiyim reaksiyalar anidən – şəxsi qərarımla olub. Yaxud da Azərbaycan dövlətinə yan baxan hər kəsin – istər dış, istər iç ünsürlərin qarşısına çıxmağı özümə borc bilmişəm, bu yöndə əlimdən gələni edib zərbələri öz üzərimə çəkmişəm.
Həm də ümumilikdə hakimiyyətin üzərinə gələn bəlli radikal ünsürlərin də qarşısına çıxmağı özüm üçün bir vəzifə sanmışam, daim bunu etmişəm. Hətta bir çox hallarda ortadan yeyib qıraqda dolananlar yaxasını kənara çəkərkən şəxsən mən heç bir dəvət, xahiş, tapşırıq gözləmədən hərəkətə keçmişəm…
Əli Həsənovun “trol”u olaraq daim TV kanallarında çıxışlar etmiş, şərh və təhlillər yazaraq cəmiyyəti bilgiləndirməyə çalışmışam. Yenə də “trol” olaraq düz 4 il ərzində “Xəzər” TV-də “Tərs bucaq” adlı veriliş hazırlayıb tamaşaçılara təqdim etmiş, Azərbaycanın və dünyanın ən ümdə məsələlərini cəmiyyət üçün şərh etmişəm. Özü də bu veriliş eyni kateqoriyadan olan verilişlər arasında daim yüksək reytinqi – baxımlılığı ilə seçilib”.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin