“Embawood’un rəhbəri Məşhur Məmmədovun məşhur əməlləri üzə çıxdı

0
353

Məşhur araşdırmaçı-jurnalist Cavanşir Həsənli “Embawood’ şirkətinin həmtəsisçisi Məşhur Məmmədov haqda şok faktlar tapıb. 

AnTV.az xəbər verir ki, C.Həsənli YAP-ın deputatlığa namizədi olan Məşhur müəllimin gizlin əməllərini məşhurlaşdırıb:

“YAP-ın deputatlığa namizədi, “Embawood’ şirkətinin həmtəsisçisi Məşhur Məmmədov 2012-ci ildə Nyu-Yorkun senatorlarından olan David Storobinin seçki kampaniyasına maddi dəstək verib. İşadamı əyalət seçkilərinə qatılmış respublikaçı namizədin seçki fonduna 5000 dollar pul köçürüb. David Storobin 1979-cu il təvəllüdlülüdür, ixtisasca vəkildir.
Xatırladım ki, Masallıdan olan məşhur işadamı iki il əvvəl Villa Nyu-York yaxınlığında RIVERDALE 335, Lot in Fort Lee ünvanında villa alıb və bunun üçün 1 140 000.00 dollar ödəyib”.

Qeyd edək ki, Yeni Azərbaycan Pariyasının (YAP) 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinə təqdim etdiyi namizədlər siyahısında nəzərləri cəlb edən dairələrdən biri də 70 saylı Masallı şəhər seçki dairəsidir.

Milli Məclisin YAP-çı deputatı Nəriman Əliyevin əvəzinə sözügedən dairədən Məşhur Şahbaz oğlu Məmmədovun namizədliyini irəli sürüb.

Məşhur Məmmədov əslən Masallı rayonunun Yeddioymaq kəndindəndir və adı kimi məşhur “Embavud” şirkətinin rəhbəridir.

Şirkətin əsası 1996-cı ildə Masallıda Elşad Abbasov adlı sahibkar tərəfindən qoyulsa da, hazırda şirkətə Məşhur Məmmədov rəhbərlik edir.

Qarşı tərəfin fikrini də dinləməyə hazırıq. (mediapress.az)

 

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin