Elşad Miri : “Özlərini dindar göstərmək istəyirlər” – ÖZƏL

0
70

Uşaqlara qoyulan adların əksəriyyəti dini adlardır.

AnTV.az xəbər verir ki, Ədliyyə Nazirliyinin təqdim etdiyi statistikaya görə, ən çox qoyulan qız adları arasında Zəhra ilk sıradadır: 369 uşaq.

Nuray adı yanvar-mart aylarında 258, Zeynəb adı 251, Aylin adı 244, Məryəm adı 233, Mələk adı 197, Fatimə adı 184, İnci adı 171, Dəniz adı 166, Ayan adı 160 uşağa qoyulub.

Oğlan adları içində Yusif birincidir. Üç ayda 367 uşağa Yusif adı verilib.

Populyar adların onluğunda Əli (320 uşaq), Uğur (268), Hüseyn (263), Ömər (222), Məhəmməd (210), Murad (188), Ayxan (179), Tunar (140) və Ümid (123) adları da yer alır.

Uşaqlara qoyulan adların içərisində ən çox dini adların olmasının səbəbi nədir?

AnTV.az-a açıqlamasında ilahiyyatçı Elşad Miri “Hazırda adamlar var ki, ən çox təsirləndiyi nə olursa, hər şeyi o məsələyə  bağlayır.  Digər tərəfdən də bir çox insanlar cəmiyyətin hər hansı bir sosial bazasında özünü təsdiq etmək və özlərini dindar göstərmək istəyirlər. Bu səbəblərdən insanlar öz övladlarına dini adlar qoyur. Eyni zamanda, dini filmlərin çəkilməsi də bu adların qoyulmasına təsir göstərir. Bu yalnız Azərbaycan məxsus deyil. İngiltərədə ötən il doğulan uşaqlara qoyulan adların içərisində ən çox Muhəmməd adı üstünlük təşkil edirdi. Valideynlər bir şeyi unutmamalıdır ki, uşağı o ad məşhurlaşdırmır.” – deyə qeyd etdi.

 

Fərid İmran

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin